“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair tədbirlərin icrası ilə bağlı İşçi Qrupu yaradılıb: “Ayda iki dəfə İşçi Qrupun görüşünü təşkil edirik. Həmçinin, aidiyyəti aqroparklardan nümayəndələr və şəxslər də dəvət edilirlər. Onlar öz problemlərini səsləndirirlər. Onların torpaq sahələrini monitorinq edirik, problemlərini öyrənirik. İctimai şəkildə müzakirələr həyata keçiririk və bu müzakirələrdə hər bir aidiyyəti qurum fəaliyyət istiqaməti üzrə iş aparır”.
Bunu BAKU.NEWS-a Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firidun Tağıyev deyib.
O bildirib ki, əsas məqsəd pivot suvarma sistemlərinin quraşdırılmasını nəzərdə tutan torpaq sahələrinin müəyyənləşdirilməsidir: “Noyabr ayı ərzində 2023-cü il əkinləri üçün planlar tam yekunlaşacaq. Bununla yanaşı, hədəf dekabrın sonuna qədər 2024-2025-ci illərin planlarının müəyyənləşdirilməsidir”.
M.Sadiq


