TIME jurnalı “Xiaomi” şirkətini 2024-cü il üçün ən nüfuzlu şirkətlərin yer aldığı “TIME100” siyahısına daxil edib. Şirkət ilk dəfədir ki, belə bir şərəfə nail olur. Bu siyahı şirkətlərin qlobal nüfuzundan xəbər verir.
TIME jurnalı “Xiaomi” şirkətinin 2024-cü ilin mart ayında Çinin materik hissəsində ilk “ağıllı” elektromobili olan Xiaomi SU7 seriyasını uğurla satışa çıxarmasını qeyd edib. Nəşr şirkətin insanları, avtomobilləri və evləri insan ətrafında qurulmuş “superağıllı” ekosistemə inteqrasiya etmək səylərini yüksək qiymətləndirib. “Xiaomi” şirkəti “Xiaomi SU7” seriyasının satışa çıxarıldığı ilk ay ərzində sifarişlərin və tədarüklərin sayına görə yeni rekorda imza atıb. “İnsan x Avtomobil x Ev” ekosistemi misli görünməmiş və etibarlı həllər təklif etmək üçün “ağıllı” cihazları özündə birləşdirir.
“Xiaomi” əsas texnologiyalara davamlı investisiya yatırmağa çalışır və daim bəşəriyyətə fayda verəcək yeniliklərə sərmayə qoyur. Şirkət 2022-2026-cı illər arasında tədqiqat və yeni məhsulların hazırlanması işinə 100 milyard yuandan çox sərmayə qoyacaq. 15-20 il ərzində “Xiaomi” şirkəti dünyanın ən yaxşı beş avtomobil istehsalçısından birinə çevrilməyi və qabaqcıl texnologiyalar sahəsində lider olmağı planlaşdırır.
“Xiaomi” şirkəti 2024-cü ilin ən nüfuzlu şirkətlərinin yer aldığı “TIME100” siyahısına daxil olmaqdan şərəf duyur. Biz innovativ texnologiyalar sayəsində hər kəsin həyatını yaxşılaşdıran məhsullar təqdim etməyə davam edərək bu mükafata layiq olduğumuzu sübut etməyi səbirsizliklə gözləyirik”, – şirkətin nümayəndəsi deyib.
Bu siyahını tərtib etmək üçün TIME jurnalının redaksiyası müxtəlif sektorlar üzrə təkliflər alıb, özünün qlobal müxbirlər və ekspertlər şəbəkəsi arasında rəy sorğusu keçirib, həmçinin kənar ekspertlərin fikrini öyrənib. Daha sonra TIME redaktorları hər bir namizədi təsir, innovasiyalar, ambisiyalar və nailiyyətlər kimi əsas meyarlar üzrə qiymətləndirib. Nəticədə, ən mühüm inkişaf istiqamətini müəyyən etmək üçün 100 şirkətdən ibarət qrup seçilib.
“Xiaomi” korporasiyası haqqında
“Xiaomi” Korporasiyası 2010-cu ilin aprelində təsis edilib, 9 iyul 2018-ci ildə Honkonq Fond Birjasında (1810.HK) qeydiyyatdan keçib. “Xiaomi” əsasını IoT platforması ilə əlaqələndirilən smartfonlar və “ağıllı” avadanlıqlar təşkil edən istehlakçı elektronikasının və “ağıllı” cihazların istehsalı ilə üzrə ixtisaslaşmış şirkətdir.
“İstifadəçilərlə dostluq etmək və istifadəçilərin qəlbində ən yaxşı şirkət kimi yer tutmaq” baxışımıza uyğun olaraq “Xiaomi” daima innovasiyalara, istehlakçılara yüksək keyfiyyətli xidmət göstərilməsinə və fəaliyyət səmərəliliyinin təmin edilməsinə səy göstərir. Şirkət innovativ texnologiyalar sayəsində dünyada hər kəsə daha yaxşı həyatdan zövq almaq almaq imkanı bəxş etmək üçün daim ədalətli qiymətləri ilə seçilən heyrətamiz məhsullar istehsal edir.
“Xiaomi” dünya üzrə smartfon istehsalçıları arasında aparıcı mövqelərdən birini tutur və bu cihazların qlobal tədarük həcminə görə ilk üçlükdə yer alır. Smartfonlar və planşetlər də daxil olmaqla qlobal aylıq aktiv istifadəçi (MAU) sayı 2024-cü ilin martında 658,1 milyon nəfər təşkil edib. Şirkət həmçinin 2024-cü il martın 31-nə qədər təxminən 786,1 milyon smart cihazın (smartfonlar, noutbuklar və planşetlər istisna olmaqla) qoşulduğu dünyanın aparıcı istehlakçı platforması olan AIoT-un (AI+IoT) yaradıcısıdır. 2023-cü ilin oktyabr ayında “Xiaomi” şirkəti fərdi cihazları, ev üçün “ağıllı” məhsulları və avtomobilləri inteqrasiya etməklə strategiyasını “İnsan × Avtomobil × Ev” “ağıllı” ekosisteminədək yeniləyib. “Xiaomi”nin prioriteti hər zaman insan ehtiyaclarını ödəmək, hərtərəfli və ən yaxşı istifadəçi təcrübəsini təmin etmək olub.
“Xiaomi” şirkətinin məhsulları dünyanın 100-dən çox ölkə və regionunda təmsil olunur. 2023-cü ilin avqustunda şirkət ardıcıl beşinci il “Fortune Global 500” siyahısına daxil olaraq 360-cı yeri tutub.
“Xiaomi” həmçinin “Hang Seng”, “Hang Seng China Enterprises”, “Hang Seng TECH” və “Hang Seng China 50” indekslərinə daxildir.


