TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Təlim mərkəzində nevroloq və epileptoloqlar üçün “Abdi İbrahim” şirkəti tərəfindən “Təməl EEG kursu” təşkil olunub.
Türkiyədən dəvət alan professor Güzide Turanlı və professor Şenay Haspolat tərəfindən keçirilən “Təməl EEG kursu”nda müxtəlif tibb müəssisələrindən olan azərbaycanlı həkimlər iştirak edib.
Təlim zamanı EEG aparatı, filtrlər, parametrlər, lokallaşdırma, fokus epilepsiya anomaliyaları, ümumiləşdirilmiş epilepsiya anomaliyaları və s. müzakirə olunub.
Nevroloq və epileptoloqlar üçün olduqca önəmli olan, xüsusi ilə epilepsiyanın diaqnostikasında vacib instrumental müayinə metodu hesab edilən EEG kursunda Yeni Klinikanın həkim-nevroloqları Emin Nəsirov və Uzm. Dr. Minarə Çərkəzzadə iştirak ediblər.
Təlim sual-cavab sessiyası və sertifak təqdimatı ilə yekunlaşıb.


