Yenidoğulmuşların Canlandırma Proqramı (NRP-8) çərçivəsində növbəti kurs rezidentlerimiz üçün təşkil olunub. Səhiyyə Nazirliyi, ATU və Liv Bona Dea xəstəxanasının dəstəyi ilə iyunun 20-də keçirilən kurs təlim şəklində aparılıb.
Ümumiyyətlə, bütün dünyada yenidoğulmuşların ölümlərinin və əlilliklərinin qarşısının alınması məqsədilə Yenidoğulmuşların Canlandırma Proqramı (NRP) təlim şəklində həyata keçirilir. Bu proqramın 2020-ci ildə yenilənmiş ən son versiyası “NRP-8” iyunun 15-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Liv Bona Dea hospitalının birgə təşkilatçılığı ilə ilk dəfə Tədris Cərrahiyyə Klinikasında keçirilmişdi.
ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərovun təşəbbüsü ilə təşkil edilən kursun təlimçiləri Sərxan Elbəyiyev, Sevinc Muxtarova və Kamil Şərifov bu cür təlimlərin daha geniş miqyasda keçiriləcəyini bildiriblər.


