TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə sahə həkimi-terapevt vəzifəsi üzrə vakant yerlər elan edir
Uyğun namizəd:
Ali tibb təhsili
Sahə üzrə staj tələbi yoxdur
Qüvvədə olan sertifikasiya şəhadətnaməsi (terapiya ixtisası üzrə)
Tələb olunan sənədlər:
Şəxsiyyəti təsdiq edən sənədin surəti;
Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla)
Müraciət qaydası
CV-lər cv@tabib.gov.az ünvanına göndərilməlidir;
Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (BBSM–sahə həkimi-terapevt) qeyd olunmalıdır;
CV-lər 31.08.2024-cü il tarixinə qədər göndərilməlidir.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.


