Liv Bona Dea Hospitalın baş direktoru Taner Özbek oktyabrın 28-29-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “Azərbaycan Sağlamlıq Turizmi Konfransı: inkişaf imkanları” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.
Türkiyə, Rusiya, İsveçrə, Çex Respublikası, Malayziya, Qazaxıstandan olan mütəxəssislərin də iştirak etdiyi tədbir sağlamlıq turizmi sektorunda mövcud qabaqcıl təcrübələrin araşdırılması və Azərbaycan üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunub.
Salamlama və açılış nitqlərindən sonra konfrans öz işini panel sessiyalarla davam etdirib.
Tədbirin sonunda Sağlamlıq Turizmi və Tibbi Turizm üzrə işçi qrupların müzakirələri də baş tutub.


