“Taliban” radikal qruplaşması çərşənbə axşamı Əfqanıstanda Qurban bayramı günlərində – 31 iyuldan başlayaraq üçgünlük atəşkəs elan edib.
BAKU.NEWS-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Taliban” sözçüsü Zabihullah Mujahed bildirib.
Dari və Puştu dillərində yayımlanan müraciətdə “Taliban” bütün üzvlərini bayram günlərində diqqətli olmağa çağırıb. Bildirilib ki, 3 gün ərzində qarşı tərəfin ərazilərinə müdaxiləyə icazə verilmir.


