Bir həftədir dünyanın ən böyük ticarət dəhlizini bloklamış Evergreen gəmisi ilişdiyi yerdən çıxarılıb.
BAKU.NEWS SalamNews-a istiandla bildirir ki, bu barədə Misirin “əl-Youm əs-Sabe” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, ötən gecədən gəminin ilişdiyi yerdən çıxarılması üçün növbəti dəfə işlər aparılıb və nəhayət bu gün sübh gəmini oz məcrasına qaytarmaq mümkün olub.
Bildirilib ki, artıq Evergreen gəmisinin mühərrikləri işə düşüb və tezlikdə o Süveyş kanalını tərk edəcək.
Qeyd edək ki, Yaponiyaya məxsus bu yük gəmisi bir həftə öncə kanalın sahilinə ilişmiş və su dəhlizini bloklamışdı. Məlumata görə hazırda kanalın iki tərəfində 150-dən çox gəmi bu strateji su dəhlizini keçmək üçün növbəyə durublar. Statistikaya görə bu kanaldan günə 4.5 milyard dollarlıq yük keçir.



