Suriya Vaşinqtonun siyasəti nəticəsində baş vermiş dağıntılara və itkilərə görə ABŞ-dan təzminat tələb edir.
BAKU.NEWS xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Suriya ABŞ-ı Suriya xalqına qarşı apardığı cinayətkar siyasətinin nəticələrindən məsul tutur və ABŞ-ın təcavüzü və işğalı nəticəsində yaranan dağntılar və əvəzsiz itkilər üçün təzminat tələb edir”, – Suriya XİN-in məlumatında deyilir.
Qeyd edək ki, ABŞ Suriyanın iri neft və qaz yataqlarının yerləşdiyi şimalına və şimal-şərqinə nəzarət edir.


