Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin yanvarın 19-da Köhnə Kotec qəsəbəsi ərazisindən qəsəbə sakini Z.Əliyevin “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş M.Zəkiyev avtomobillə birgə saxlanılıb.
DİN mətbuat xidmətindən Baku.News-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun digər cinayət əməlinin də üstü açılıb.
M.Zəkiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2015-ci ilin avqust ayında “VAZ-2106” markalı başqa bir avtomobili qaçırdığı, onu hissələrə bölərək satması, habelə 2018-ci ilin iyul ayında digər “VAZ-2107” markalı avtomobili qaçırması və Göyçay rayon sakininə satması müəyyən edilib.
Araşdırma aparılır.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


