Mayın 6-da Sumqayıt Dövlət Universitetinin (SDU) yeni təyin olunmuş rektoru Nurəli Yusifbəyli universitet kollektivinə təqdim edilib.
Nurəli Yusifbəylinin SDU-ya rektor təyin olunması haqqında ölkə başçısının müvafiq Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdıran elm və təhsil nazirinin müavini İdris İsayev rektoru təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
İdris İsayev çıxışında ölkədə təhsil sahəsində həyata keçirilən islahatlardan bəhs edərək bildirib ki, son illər ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, universitetlərin maddi-texniki bazasının gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və rəqəmsallaşmanın tətbiqi istiqamətində mühüm addımlar atılır. Qeyd olunub ki, həyata keçirilən bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan ali təhsil müəssisələrinin rəqabət qabiliyyəti artır, gənclərin keyfiyyətli təhsilə çıxışı genişlənir və insan kapitalının inkişafı təmin olunur.
Çıxış edən rektor Nurəli Yusifbəyli göstərilən etimada görə təşəkkürünü bildirib, bu vəzifənin məsuliyyətini vurğulayıb.
Tədbirdə həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov çıxış edərək yeni rektoru təbrik edib və ona uğurlar arzulayıb.
TREND
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı


