Azərbaycanda sosial şəbəkələrin işində problem yaranıb.
BAKU.NEWS xəbər verir ki, istifadəçilər “Facebook”, “Instaqram” sosial şəbəkələrinə giriş edə, “Whatsap” tətbiqindən istifadə edə bilmirlər.
Rusiya, Ukrayna, Almaniya və bir sıra digər Avropa ölkələrinin istifadəçiləri də sosial şəbəkələrlə bağlı problem yaşadıqlarını bildiriblər. İstifadəçilərin 58%-i tətbiqlərə girişlə, 24% -i mesaj göndərməklə, 19%-i əlaqənin kəsilməsi ilə əlaqədar problemlərlə üzləşdiyini bildirir.
Problemin səbəbi hələlik açıqlanmayıb.


