Somalinin paytaxtı Moqadişoda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, digəri yaralanıb.
BAKU.NEWS-un məlumatına görə, bu barədə Gubjug News informasiya portalı bildirib.
Məlumata əsasən, partlayış Vaberi rayonunda baş verib.
Partlayıcı qurğu yolun kənarına quraşdırılmışdı və avtomobilin oradan keçdiyi anda partlayıb.


