“SOCAR Midstream Operations” MMC-nin rəhbər heyəti Gürcüstana səfər edib.
Səfər çərçivəsində BTC nasos stansiyalarında, Supsa Terminalında və Tbilisi ofisində çalışan əməkdaşlarla görüşlər keçirilib.
Görüşlər zamanı şirkətin əməliyyatlarının təhlükəsizliyi və etibarlılığı, eləcə də strateji prioritetlər müzakirə olunub. Rəhbər heyət həmçinin əməliyyat sahələrində həyata keçirilən fəaliyyətlərlə yerində tanış olub.
Bildirilib ki, Azərbaycan, Gürcüstan və Türkiyədə fəaliyyət göstərən komandaların əməkdaşlığı və birgə səyləri Xəzər neftinin dünya bazarlarına təhlükəsiz və fasiləsiz nəqlinin təmin edilməsində mühüm rol oynayır.


