Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) iyulun 1-dən Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin operatoru olacaq.
Bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli jurnalistlərə açıqlamasında deyib.
“Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatorluğunun SOCAR-a təhvil verilməsi prosesi qrafik üzrə davam edir. Müqavilə öhdəliyinə uyğun olaraq operatorluğun təhvil verilməsi iyulun 1-də həyata keçirilməlidir və proses planlaşdırıldığı kimi irəliləyir”, deyə o bildirib..
BP rəsmisi vurğulayıb ki, bu addım BP-nin layihədən çıxması anlamına gəlmir: “Bu, yalnız müqavilə öhdəliyinin yerinə yetirilməsidir. SOCAR-ın kəməri uğurla idarə etmək üçün kifayət qədər təcrübəsi və imkanları var. Biz bu keçid prosesinə görə çox nikbinik”. / Report
TREND
- Polkovnik Əflatun Məmmədov rüşvətə görə həbs edildi
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb


