2 iyun 2026-cı il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Apollo Global Management, Inc.”in idarəedici direktoru Conatan Bar ilə görüşüb.
Görüşdə “Bakı Enerji Həftəsi”nin beynəlxalq enerji əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Bu xüsusda, tədbirin açılış mərasimi çərçivəsində tərəflər arasında imzalanan sənədlərin qarşılıqlı səmərəli əlaqələrin genişləndirilməsi baxımından önəmi vurğulanıb.
Söhbət zamanı “midstream”, “yaşıl enerji” keçidi istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib, eləcə də enerji layihələrinin kapital strukturunun optimallaşdırılması, innovativ investisiya həllərinin tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
TREND
- Polkovnik Əflatun Məmmədov rüşvətə görə həbs edildi
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb


