Şirvan şəhərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən BAKU.NEWS-a verilən məlumata görə, hadisə zamanı ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 27 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


