Dünyaya qapalı olan Şimali Koreyada insanların həyat tərzinə məhdudiyyətlər qoyacaq yeni qadağalar qüvvəyə minib.
BAKU.NEWS lent.az-a istiandla bildirir ki, Şimali Koreya lideri Kim Çen In, Qərb mədəniyyətinin ölkəsində nüfuzlu olmasının qarşısını almaq üçün etdiyi tənzimləmələrlə gündəmə gəlməyə davam edir.
Belə ki, Kim Çen ölkədə “aslan saç” tərzini və dar cins şalvarın geyinilməsini qadağan edib.
Bundan əlavə rəngli və ya ucları sivri saç düzümü, pirsinq qadağası daxil olmaqla, moda məhdudiyyətlərini pozanların cəza olaraq əmək düşərgəsinə göndəriləcəyi də bildirilib.


