Şəmkir rayonunda qətl hadisəsi baş verib.
BAKU.NEWS xəbər verir ki, “Report”un məlumatına görə, yerli sakin Ruslan Nağıyev bıçaqlanıb. O, aldığı xəsarətdən ölüb.
Hadisə zamanı daha bir sakin – Xaliq Nağıyev bıçaqlanıb. O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayətin başvermə səbəbi və təfərrüatı araşdırılır.


