Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.NEWS xəbər verir ki, “Report”un Qərb Mərkəzinin məlumatına görə, qəza Şəmkir – Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mitsubishi Pajero” ilə “VAZ-2104” markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər ölüb.
Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.


