Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
Baku.News-nun Qərb bürosunun məlumatına görə, hadisə Könüllü kəndində baş verib.
1993-cü il təvəllüdlü Kənan Qərib oğlu Məmmədov tanışı ilə mübahisə zamanı 2 bıçaq yarası alıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, K.Məmmədovun da mübahisə etdiyi şəxsə xəsarət yetirdiyi bildirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Daha əvvəl Şəmkir rayonunda kişi həyat yoldaşı və qayınanasına balta ilə xəsarət yetirib.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


