814 Çağrı Mərkəzində yaranan texniki problem artıq aradan qaldırılıb.
BAKU.NEWS xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, vətəndaşlar sərbəst şəkildə müraciət edə bilərlər.
*Saat 12:21
Səhiyyə Nazirliyinin Çağrı Mərkəzi müvəqqəti olaraq işləmir.
Bu barədə BAKU.NEWS-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, xətlərdə yaranan texniki nasazlıq səbəbindən 814 çağrı mərkəzi müvəqqəti olaraq işləmir.
“Problem gün ərzində aradan qaldırılacaq. Vətəndaşlardan 9103 qaynar xətti ilə əlaqə saxlamaları xahiş olunur”, -məlumatda bildirilib.


