Yeni Klinikanın həkim-endokrinoloqu Səbinə Paşayeva Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin təşkil etdiyi “1-ci Milli Endokrinologiya” konfransında iştirak edib.
Yerli, eyni zamanda Türkiyədən dəvət olunmuş həkim və professorların iştirak etdiyi konfransda Səbinə Paşayeva “Hipotireoz. Kimi və necə müalicə edək?” mövzusu ilə çıxış edib.








