Bazar ertəsi Sakit okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadec arxipelaqı ərazisində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Episentr 10 km dərinlikdə yerləşib. Zəlzələnin episentrinə yaxın yaşayış məntəqələri yoxdur.
Sunami təhlükəsi, dağıntı və tələfat barədə məlumat verilməyib.


