Layihə çərçivəsində ikinci sınaq imtahanı keçirildi. Bu imtahan şagirdlərin keçilmiş mövzular üzrə hazırlıq səviyyəsini ölçmək, ilkin mərhələyə nisbətən əldə olunan irəliləyişləri qiymətləndirmək məqsədi daşıyırdı.
Sınaq testləri və açıq suallardan ibarət olmuşdur. Suallar şagirdlərin analitik düşünmə, tətbiqi bilik və məntiqi nəticə çıxarma bacarıqlarını ölçmək üçün tərtib edilmişdi. İmtahandan sonra müəllim və layihə rəhbərliyi nəticələri təhlil etmiş və şagirdlərə fərdi rəy təqdim olunmuşdur.
Nəticələr göstərdi ki, iştirakçılar əvvəlki mərhələyə nisbətən daha yüksək nəticələr göstərmiş, bəzi şagirdlər isə xüsusi irəliləyiş nümayiş etdirmişdir. Bu göstəricilər layihənin düzgün istiqamətdə inkişaf etdiyini və şagirdlərin potensialının üzə çıxdığını təsdiqləyir



