Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəzanı törədən avtomobilin sürücüsünün kimliyi məlum olub.
BAKU.NEWS-un məlumatına görə, “Mercedes” markalı avtomobilin sürücüsü Kamran Nəsirlidir.
Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.
Faktla bağlı araşdırma aparılır.







