Sabirabadda 2 yaşlı uşaq kanalda boğulub.
BAKU.NEWS-un məlumatına görə, hadisə Sabirabad rayonunun Şıxsalahlı kəndində baş verib. Valideynlərinin diqqətindən yayınan, 2018-ci il təvəllüdlü Bağırov Məhəmmədrza Bəxtiyar oğlu evlərinin yaxınlığından keçən su kanalına düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.


