Rusiyanın aqrar-sənaye kompleksi şirkətləri hər il təxminən 150.000 işçisini itirir. Davamlı inkişaf üçün isə hər il onlar ən azı 10.000 işçini işə götürməlidirlər.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Nəşr Rusiyanın kənd təsərrüfatı naziri Oksana Luta istinad edib.
Nazir “Qızıl payız 2025” beynəlxalq sərgisinin plenar iclasında çıxışı zamanı deyib ki, ölkədə ciddi kadr çatışmazlığı var: “Kadr çatışmazlığıv var, bizə sənayeni yeniləmək üçün hər il 160 000 insan lazım olur. Çünki hər il 150 000 insan bu sahədən gedir. Sənayeni yeniləmək və qarşıya qoyulan hədəflərə çatmaq üçün bizə 10 000 kadr gərəkir”.
O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin sənayenin qarşısına 2030-cu ilə qədər istehsalı 2021-ci ilə nisbətən 25%, ixracı isə 1,5 dəfə artırmaq məqsədi qoyub.
Nazir onu da bildirib ki, hazırda Rusiyanın aqrar-sənaye kompleksində 6,4 milyon insan çalışır.


