Rusiyada son sutka ərzində 10 083 nəfərdə koronavirus aşkarlanıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə Rusiyada koronavirusa qarşı mübarizə çərçivəsində yaradılmış informativ portalda məlumat verilib.
Bununla da ölkədə xəstələnənlərin sayı 4 390 608-ə çatıb.
Son sutkada 395 nəfərin həlak olması ilə isə virus qurbanlarının sayı 92 090-a yüksəlib.
Bundan əlavə, indiyədək 3 995 309 pasiyent sağalıb. Ölkədə 303 209 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.


