“Ukraynada xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı yalan məlumatlar olan materiallara çıxışı təmin etdiyi üçün Rusiyada “News.Google” internet xidmətinə giriş məhdudlaşdırılıb”.
BAKU.NEWS xəbər verir ki, bu barədə çərşənbə günü TASS-ın sorğusuna cavab olaraq Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin (“Roskomnadzor”) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Rusiya Baş Prokurorluğunun sorğusu əsasında “Roskomnadzor” ölkədə “News.Google” internet xidmətinə girişi məhdudlaşdırıb.
“Roskomnadzor”dan qeyd edilib ki, Rusiya qanunvericiliyi Rusiya Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı bilərəkdən yalan məlumatın ictimaiyyətə yayılmasına görə cinayət məsuliyyətini nəzərdə tutur.


