Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 20 yük avtomobilindən ibarət 130 ton humanitar yükün çatdırılmasını təmin edib.
BAKU.NEWS xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən apa-ya verilən məlumata görə, sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə Rusiya Humanitar Reaksiya Mərkəzinin yeddinci karvanı 130 tondan çox yükü (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) Kəlbəcər rayonuna çatdırıb.
“Yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib”, – deyə Rusiya MN-in məlumatında qeyd olunub .
Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi nəticəsində yeddi avtomobil karvanı ilə təxminən 1300 ton yük daşınıb.


