Rolls-Royce Motor Cars, Rolls-Royce-un ilk tam elektrikli avtomobilinin yol sınaqlarına başladığını elan etdi. Rolls-Royce Motor Cars şirkətinin icraçı direktoru Torsten Müller-Yvos markanın tarixində bu dönüş nöqtəsini elan edərkən qeyd etdi:
“Bu gün, 117 il sonra, Rolls-Royce-un qlobal elektrik inqilabını yeni səviyyəyə qaldıracaq müstəsna yeni bir məhsul üçün yol sınaq proqramı başlatdığını elan etməkdən qürur duyuram. Və bu bir prototip deyil – əsl modeli ictimaiyyətə nümayiş etdirəcəyik və müştərilər 2023 -cü ilin dördüncü rübündə ilk avtomobillərin açarlarını alacaqlar.”
Biz artıq bir müddətdir ki, elektrik güc aqreqatları ilə eksperimentlər aparırıq. 2011-ci ildə biz eksperimental model 102EX təqdim etdik – tam işlək elektrik Phantom. Onun ardınca 2016 – cı ildə tam elektrik 103EX debütünü gerçəkləşdirib – bu konsept növbəti onilliklər ərzində markanın inkişafına dair baxışlarımızı əks etdirib”.
“İlk elektrik Rolls-Royce yeni bir irsin başlanğıcını qeyd edir, buna görə də bu model üçün tamamilə yeni ad yaratmağa qərar verdik. Son əsrin digər böyük adları – Phantom, Ghost, Wraith kimi ifadəli və güclü olacaq bir ad.
Xüsusilə bu an üçün saxladığımız ad budur: Spectre.
Bu məhsulu elan edərək, biz 2030-cu ilə qədər model sıramızı tamamilə elektrikləşdirmək niyyətini təsdiqləyirik. O vaxta qədər Rolls-Royce daxili yanma mühərrikli avtomobillərin istehsalını və satışını dayandıracaq.
Spectre – bu Charles Rolls sözlərinin canlı təcəssümüdür. Biz inanılmaz dəyişiklik yolunu davam etdiririk. Mən fəxr edirəm ki, bu yolda bizi öz dövrünün ən mütərəqqi və nüfuzlu adamları müşayiət edəcəkdir”.







