Rolls-Royce Motor Cars bu gün elan etdi ki, Torsten Müller-Ötvös 30 noyabr 2023-cü ildə Baş Direktor vəzifəsini tərk edəcək. Onu hazırda BMW Böyük Britaniyanın Baş İcraçı Direktoru Chris Brownridge əvəz edəcək.
Torsten 2010-cu ildə Rolls-Royce Motor Cars-a qoşularaq, onu 1904-cü ildə Charles Rolls və Henry Royce-u bir araya gətirən Claude Johnson sonra şirkətin ən uzun müddət işləyən Baş Direktoru etdi.
Elanı şərh edən Torsten dedi: “Demək olar ki, 14 ildir Rolls-Royce-a rəhbərlik etmək mənim peşəkar həyatımın ən böyük imtiyazı və zövqü idi. Şirkəti və onun dünya səviyyəli işçilərini bu gün, lüks sənayesinin zirvəsində olduğu mövqeyə çatdırmaq əlamətdar bir təcrübə idi. Mən və müstəsna komandamın Böyük Britaniya iqtisadiyyatına və Britaniyanın dünyanın ən yaxşı dəbdəbəli məhsullarını istehsal etmək qabiliyyətinin qlobal şəkildə tanınmasına əhəmiyyətli töhfə verməyindən qürur duyuram”.
BMW Qrupunun Baş İcraçı Direktoru Oliver Zipse dedi: “Rolls-Royce Motor Cars təşkilatımızın tacında olan ləl-cəvahiratdir. Torsten-in görkəmli liderliyi, sarsılmaz öhdəliyi, aydın görmə qabiliyyəti və güclü, diqqətli komanda yaratmaq üçün müstəsna bacarığı Rolls-Royce-u bu gün dünya səviyyəli lüks brendə çevirməyə kömək etdi. Ona gələcək fəaliyyətində uğurlar arzulayırıq”.
Torsten-in rəhbərliyi altında Rolls-Royce avtomobil istehsalçısından əsl dəbdəbəli evə çevrilib, incə avtomobilləri, misilsiz Bespoke imkanları və beynəlxalq müştərilərinin ehtiyaclarını, zövqlərini və istəklərini dərindən dərk etməsi ilə bütün dünyada hörmət qazanıb.
Bu transformasiya əlamətdar kommersiya uğuruna çevrildi. İllik satışlar 2009-cu ildə təqribən 1000 avtomobildən 2022-ci ildə 6000-ə yüksəldi. Daha da vacibi odur ki, şirkətin Goodwood-da, Qərbi Sussex-də yerləşən Qlobal Lüks İstehsalat Mükəmməlliyi Mərkəzini tərk edən hər bir Rolls-Royce Bespoke-dur (sifarişli): onu sifariş etmiş müştərinin xüsusi istəklərinə uyğunlaşdırılmış.
Bədii-texniki yaradıcılıq və innovasiya ilə birləşən ən mükəmml əl sənətkarlığı vasitəsilə həyata keçirilən Bespoke-a olan daimi diqqət sayəsində Rolls-Royce, şübhəsiz ki, lüks sektorunda liderdir. Torstenin fəaliyyəti dövründə, marka dünyanın aparıcı rəssamları, moda dizaynerləri və dəbdəbəli evləri ilə birgə yaradılan bir neçəsi də daxil olmaqla, özünün ən tarixi əhəmiyyətli avtomobillərini istehsal etmişdir. Bespoke özünün son ifadəsini şirkətin 2017-ci ildə yeni dövr üçün ənənəvi gövdəqayırma təcrübələrini canlandıran və ən son avqust ayında təqdim edilən əlamətdar Droptail-də görünən “Coachbuild” şöbəsində tapır.
Thorsten işə başlayanda Goodwood yalnız iki model istehsal edirdi: Phantom və Ghost. Onun rəhbərliyi altında Rolls-Royce Wraith,
Dawn və markanın tarixində ilk yolsuzluq avtomobili olan Rolls Royce Cullinan təqdim edildi. Bu il 2030-cu ilin sonuna kimi markanın tam elektrikli məhsul portfelinə keçidinə başlayan, ilk ultra-lüks elektrikli super kupesi olan Spectre təqdim edilir. Torsten həmçinin Rolls-Royce-un daha cəld, daha təxribatçı modeli olan– brendin cəlbediciliyini əhəmiyyətli dərəcədə genişləndirən cəsarətli bir model olan Black Badge-I gördü .
Rolls-Royce-un məhsul portfelinə yeni modellərin təqdim edilməsi, Bespoke imkanlarının genişlənməsi və super-lüks sektora strateji keçid şirkətin intibahında, davamlı biznes uğurunda və yeni nəsil müştərilərin markaya cəlb edilməsində aparıcı amillər olub. 2010-cu ildə Rolls-Royce-un orta qiyməti təxminən 250.000 avro idi və orta müştərinin yaşı 56 idi; bu gün orta qiymət iki dəfə artaraq 500.000 avroya çatıb və Rolls-Royce müştərisinin orta yaşı cəmi 43-dür.
Markanın cavanlaşması son on ildə lüks sənayesinin geniş şəkildə yenidən formalaşdırılmasının bir hissəsidir. Torsten-in rəhbərliyi, marka müştərilərinin zövqləri və istəkləri ilə bağlı unikal anlayışına əsaslanaraq, yeni texnologiyalar və düşüncələri əhatə edərək, təkcə bu dəyişikliyə qatılmaq deyil, həm də ona rəhbərlik etmək istəyi üzərində cəmlənmişdir. Bu, Rolls-Royce-un brendi birbaşa dünya üzrə müştərilərinə həm fiziki olaraq yeni satış-sərgi salonları şəklində, həm də virtual olaraq markanın Whispers tətbiqi ilə – Goodwood dövrünün Rolls-Royce sahibləri üçün nəzərdə tutulmuş rəqəmsal üzvlər klubu ilə necə təqdim etməsində nümayiş etdirilir.
Torsten dedi: “İstər şəxsən, istərsə də virtual olaraq Whispers-da müştərilərimizlə – vaxt keçirmək mənim ən böyük sevinclərimdən biri və mənim üçün aydın, unikal və bütün dünyada dəbdəbənin necə müəyyən edildiyinə dair əsl təcrübə olub”
Torstenin rəhbərliyi altında Rolls-Royce-un uğuru budur ki, şirkət indi hər il Böyük Britaniya iqtisadiyyatına yarım milyard funt-sterlinqdən çox töhfə verir. O, həm də Qərbi Sussex-in ən böyük işəgötürənlərindən biridir: Goodwood-da Rolls-Royce Evində çalışan müstəsna komanda 50-dən çox millətin təmsil olunduğu 300-dən 2500 adama qədər artıb.
Bugünkü elanı şərh edən Torsten, “Mən inanıram ki, şirkət bütün imkanları ilə gələcəyə hazırdır. Biz bu yaxınlarda təkcə elektrik istehsalını deyil, həm də daha çox Bespoke və Coachbuild məhsullarına olan tələbatı ödəmək üçün Goodwood saytımızı əhəmiyyətli dərəcədə genişləndirmək planlarımızı təqdim etmişik. Biznesimizin bu sahələri bizi həqiqətən fərqləndirir və mən onlarla fəxr edirəm.
Rolls-Royce Motor Cars-dan ayrılarkən mən yeni peşəkar çağırışlar üçün fürsət gözləyirəm, eləcə də dünyanın möhtəşəm balıqçılıq çaylarını ziyarət etmək üçün bir az daha çox vaxtımın olacağını gözləyirəm! Yeni vəzifəsində Chris Brownridge-ə uğurlar arzulayıram. Son 14 il ərzində qurduğumuz komanda lüks və avtomobil sənayesindəki ən istedadlı, fədakar və yenilikçi əməkdaşlardan ibarətdir. Əminəm ki, onlar birlikdə dünyada bənzəri olmayan bir şirkətin tarixinə daha da diqqətəlayiq fəsillər əlavə edəcəklər.”
Chris Brownridge 2021-ci ildən tutduğu BMW Böyük Britaniyanın Baş İcraçı Direktoru vəzifəsindən indiki vəzifəsinə Rolls-Royce Motor Cars-a qoşulur. Oliver Zipse təyinatını şərh edərək deyib: “Chris Brownridge böyük təcrübəyə malik peşəkardır. “Mən əminəm ki, o, Rolls-Royce-un uğurunu möhkəmləndirəcək və Rolls-Royce Motor Cars-ı tam elektrikli gələcəyinə doğru istiqamətləndirəcək”.
Chris əsl satış və marketinq mütəxəssisidir, 1995-ci ildə məzun kimi işə başlamış, BMW Qrupda təxminən 30 il keçirmişdir. Chris 2011-ci ildən bəri müxtəlif vəzifələrdə Böyük Britaniya İdarə Heyətinin üzvü olmuşdur. BMW Böyük Britaniya, BMW Böyük Britaniya Marketinq və MINI Böyük Britaniya və İrlandiya üzrə Regional Direktoru vəzifələrində çalışmışdır.
Chris dedi: “Yeni təyinatımdan həm şərəf hissi duyuram, həm də təvazökar qalmağa çalışıram. Uzun və diqqətəlayiq tarixinin belə mühüm məqamında bu böyük Britaniya brendinə rəhbərlik etməyə dəvət olunmaq qeyri-adi bir imtiyazdır. Rolls-Royce dünyanın ən tanınmış, arzuolunan və nüfuzlu brendlərindən biridir və mən onun böyük sevgi və hörmətə malik olduğunu yaxşı bilirəm. Bu, onun möhtəşəm məhsullarına, müştəriləri ilə saxladığı sıx münasibətlərə və hər şeydən əvvəl qoşulmaq üzrə olduğum müstəsna komandaya verilən qiymətdir. Qürurlu olduğumuz inanılmaz mirasın və etdiyimiz hər şeyin bu unikal irsə əsaslandığını və əlavə etdiyini də bilirəm. Mən Torsten-dən sonar baş direktor vəzifəsinə təyin olunduğum üçün xoşbəxtəm. 14 il ərzində brendə olan baxışı və ambisiyaları sayəsində Rolls-Royce bu gün müstəsna dərəcədə güclü mövqedədir və gələcəyə inamla addımlayır. Mən Rolls Royce tarixinin bir hissəsi olmaqdan çox məmnunam və qarşıda duran çağırışları və imkanları qəbul etməyi səbirsizliklə gözləyirəm”.



