Rolls-Royce evi kolleksiya aksesuarları seriyasında yeni məhsul təqdim edir – siqar və viski üçün qutu Rolls-Royce Cellarette. İçərisində istənilən gecəni bəzəmək üçün nəzərdə tutulmuş bir çox aksesuarlar mövcuddur. Rolls-Royce markası tarixən qonaqların zərif qəbulu üçün həll variantları ilə məşhurdur. Cellarette sahiblərini və onların qonaqlarını təəccübləndirəcək və sevindirəcək.
Cellarette qutusu Rolls-Royce üslubunun təcəssümüdür: bu, mühəndislik dəqiqliyinin, heyrətamiz əl işinin və təmtəraqlı İcranın nümunəsidir. Cellarette’in cilalanmış alüminium gövdəsi qabarıq Rolls-Royce dərisi ilə örtülmüşdür; servis podnosu “Ecstasy Ruhu” heykəlciyi şəklində işlənmiş “açıq gözenekli” tipli obsidian abachi ağacından hazırlanmışdır.
Cellarette – zərif qonaqlıq verməyi sevən hər hansı Rolls-Royce sahibi üçün mükəmməl aksesuardır. O istənilən Rolls-Royce baqajına əla uyğunlaşır və açıq havada yeməyin və ya xüsusi görüşün əsas bəzəyi olacaq.
Tünd fasadın arxasında isti, rahat qamma gizlənir. İçəridə, Armagnac dəri döşəməsinin yumşaq işıqlandırması nüfuzlu qapalı klubların mühitini canlandırır. Qapağın açılması zamanı avtomatik olaraq çıxan bir çox aksessuar yerləşir: qaldırıcı mexanizmin işi Rolls-Royce avtomobillərində arxa qapılarınının ilgək işinə bənzəyir.
Viski üçün stəkanlar Rolls-Royce monogramı ilə bəzədilib və dəstin qapağı qaldırıldıqda avtomatik olaraq sürüşür.
Stəkanlarla bir arada, Armagnac dərisi və Rolls-Royce qabartması ilə bəzədilmiş zərif şüşə tutacağı sürüşür. İstənilən şüşə ölçüsünə uyğunlaşa bilir, şüşə isə cilalanmış alüminium qıfıl və maqnitlə tutulur. Qutunun əks ucunda siqar qabları olan humidor yerləşir. Humidor İspan sidr ağacından hazırlanmışdır və optimal rütubət səviyyəsini seçməyə imkan verir – bu göstərici higrometrlə dəqiq nəzarət edilir. Özünəməxsus detalları sayəsində higrometr əfsanəvi Rolls-Royce saatlarının oxlarını xatırladır.
Humidorla komplektdə siqar həvəskarları üçün nəfis aksessuarlar gedir. Qutunun əks uclarından maqnitlərdə iki kiçik konteyner saxlanılır: birində “ekstaz ruhu” oyması ilə bəzədilmiş siqar üçün kəsici və alışqan (S. T. Dupont Paris dizaynında) yerləşdirilib, ikinci isə külqabı funksiyasını yerinə yetirir. Daşınmanın rahatlığı üçün siqar altlığı yalnız konteyner tam açıq olduqda irəli sürülür.
Cellarette, Rolls-Royce evinin avtomobil dünyasının çərçivəsindən kənara çıxan ən yaxşı lüks əşyalarını istehsal etmək arzusunu əks etdirir. Hər hansı digər Rolls-Royce məhsulu kimi, Cellarette dizaynı da müştərinin istəyinə uyğun olaraq hazırlana bilər.
















