“Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov vəfat edib.
BAKU.NEWS bidlirir ki, T.Əhmədov 90 yaşında koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, T.Əhmədov 1995-ci ildən vəfat edənə qədər “Respublika” qəzetinin baş redaktoru idi.
Əhmədov Teymur Əkbər oğlu 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olub. O, 1936-cı ildə ailəlikcə valideynlərinin vaxtilə deportasiya olunduğu İrəvana köçüb. 1949-cu ildə Qərbi Azərbaycanın Zəngibasar (indiki Masis rayonu) rayonunda orta məktəbi qızıl medalla bitirib, təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində davam etdirib (1949-1954).
1990-1991-ci illərdə “Vətən həsrəti”, 1992-1993-cü illərdə “Hikmət”, “Yeni fikir” qəzetlərinin baş redaktoru işləyib.
Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.
2007-ci ildən başlayaraq Azərbaycan mətbuatında dərin iz qoymuş “Füyuzat” jurnalının 100 il sonra yenidən təsisinə başlayan Teymur Əhmədov “Füyuzat” jurnalının baş redaktoru idi.
Allah rəhmət eləsin!


