TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov tərəfindən uzunmüddətli səmərəli fəaliyyətinə görə əməkdar həkim, tibb müəssisəsinin direktor müavini Mahir Babayev və I Hemodializ şöbəsinin müdiri, həkim İlqar İsgəndərov Təşəkkürnamə ilə təltif edilib.
Qeyd edək ki, Mahir Babayevin əmək müqaviləsi müddətinin bitməsi, İlqar İsgəndərovun isə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilib.



