Son günlər bir mərkəzdən idarə olunan məlum qüvvələrin Azərbaycan Respublikasının Müdafiə Nazirliyini və bütövlükdə ölkəmizin hüquq mühafizə orqanlarını hədəfə alması artıq ənənə halını alıb. Bu siyahıda və bu “xəlvət dərədə” kimlər yoxdu – düşmənə cəsusluq edənlər, əsgər payını oğurlayanlar, əsgərə əziyyət edənlər, əsgəri döyənlər, hərbi hissədən oğurluq edənlər… kimlər və kimlər.
Bu dəfə bu dəstəyə mənsub olan daha bir yeni imza peyda olub: Üzeyir Cəfərov. Sosial şəbəkə “marallarından” olan Üzeyir Cəfərov haqqında çiyin yoldaşları Nəcməddin Sadıkovun söyüşlərinə “hırıltıyla” cavab verən və zabit şərəfini qorumayan birisi kimi xarakterizə edirlər. Üzeyir Cəfərova haqqında danışdığı ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadənin 2019-cu ildə bir neçə internet saytında verdiyi cavablardan seçmələrlə cavab vermək olar.
– Hörmətli “hərbi ekspert” Üzeyir Cəfərov! Öz feysbuk səhifənizdə mənim haqqımda əsassız yazılar paylaşır. Heç olmasa siz danışmayın və öz keçmişinizə baxın. Əvvəla mən sizi “hərbi ekspert” kimi qəbul etmirəm. İkincisi Hərbi Akademiyanı bitirməmiş, taktiki, əməliyyat və strateji səviyyələrdə biliklərə malik olmayan şəxsdən hərbi ekspert olmaz.
– Necə ola bilər ki, mən xidmətimdə dəfələrlə qüsurlar buraxa-buraxa “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalları ilə təltif olunmuşam və Polkovnik rütbəsinə kimi gəlib çıxmışam. Əgər mən səriştəsiz və pis zabit olsaydım məni Türkiyədə Əməliyyat-Strateji kurlara oxumağa kim göndərərdi? Ora isə ancaq savadlı, nizam-intizamlı, hərbi akademiyanı bitirmiş və seçilmiş zabitlər göndərilir. Siz isə Üzeyir Cəfərov tərbiyəvi işlər üzrə komandir müavini olmuş hərbi hissəsdə törətdiyiniz çirkin əmələ görə Cinayət Məcəlləsinə cəlb edilmisiniz və özünüzü “dürüst insan” kimi qələmə veririsiniz.
Yeri gəlmişkən bu gün şərəfsizin şərəfdən, binamusun namusdan, biqeyrətin qeyrətdən danışması adi hal alıb. Boynunda onlarla cinayət olanların, məhz Hərbi Prokurorluğu hədəf seçməsinin də kökündə mütləq bir cinayət vardır. Yəni Üzeyir Cəfərovun hərbi həyatı əvvəldən, yəni 1996-cı ildən cinayətlər üzərində “sürüşkən” bir şəkildə başlayıb və sona çatıb. 1996-cı ildə mövcud Cinayət Məcəlləsinin 255-ci maddəsinə uyğun 3 il azadlıqdan mərhumetmə, şərti maliyyə vahidinin 100 misli cərimə cəzası almaqla (köhnə CM 42.1 Maddəsinə görə təxirə salınıb) başlamışdı. Amma nəticə çıxarmadığına görə “hərbi ekspertə” 2003-cü ildə yenidən Cinayət Məcəlləsinin 128 (Qəsdən sağlamlığa yüngül zərər vurma), 332.1. (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma), 178.2.4. (Dələduzluq. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) kimi maddələrlə ittiham edilmiş birisinin Hərbi Prokurorluğu ittiham etməyə ən azı mənəvi haqqı çatmaz. Heç prokuroru tərifləyən bir cinayətkar görən olubmu? Cavab, əlbəttə hər kəsə məlumdur.
İndi bu facebook cəngavərinin xalqa məlum olmayan daha bir mənəvi keyfiyyətini sizlərə çatdırmaq yerinə düşərdi. 2014-cü ildə bu “hərbi ekspert” Respublika Hərbi Prokurorluğuna bir müraciət ünvanlamışdı. Müraciətdə deyilirdi:
Sizdən xahiş edirəm ki, Müdafiə naziri Zakir Həsənovun xidməti vəzifələrindən və qulluq mövqeyindən sui-istifadə edərək yaxın qohumu, ehtiyyatdan birbaşa Müdafiə Nazirliyinin Mərkəzi Aparatına 2013-cü ildə hərbi xidmətə çağrılmış Elxan İbrahimova hansı qanuni əsaslarla 8 ay müddətində 2 dəfə baş zabit – mayor və polkovnik-leytenant rütbələrinin verilməsi faktları yoxlanılsın və buna hüquqi qiymət verilsin.
İmza: Cəfərov Üzeyir Eldar oğlu”.
Respublika Hərbi Prokurorluğu faktı yoxlamış və ənənəsinə sadiq olaraq bu müraciəti də cavabsız qoymamışdır. (Hərçənd bu gün atılan iftiralardan biri də guya Hərbi Prokurorluğun müraciətlərə baxmaması haqqında deyilən böhtanlardır.)
Respublika Hərbi Prokurorluğu göstərilən faktları araşdırmış və ərizədə göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Müəyyən olunmuşdur ki, Üzeyir Cəfərov qəsdnən bilə -bilə yalan və böhtan xarakterli məlumatları yaymaqla Müdafiə Nazirliyinin rəhbərliyinin nüfuzuna xələl gətirmək, ictimaiyyət qarşısında gözdən salmaq məqsədi güdmüşdür.
Sonda isə Üzeyir Cəfərova bu yalan məlumata görə Hərbi Prokurorluq Azərbaycan Respublikasının “Prokurorluq haqqında” Qanununun 22-ci maddəsini rəhbər tutaraq xəbərdarlıq etməyə məcbur olmuşdur.
Hər kəs prosesləri öz əxlaqlarına və mənəviyyatlarına uyğun bir şəkildə qiymətləndirir. Hərbi Prokurorluğun isə bir kredosu var. O da ancaq və ancaq Qanunların aliliyidir…
Elnur Səlim


