Şəhidliik şərəfdir, Şəhidlər müqəddəsdir. Şəhidlərimizin qanının qovuşduğu torpaq and yerimiz, sevdiyimiz Vətən torpağıdır. Torpağı Vətən edən də məhz Şəhidlərimizdir. Sentyabırın 13-də eşitdiyimiz çox sayda Şəhid xəbəri ölkəni çalxadı, hər kəsin ürəyini dağladı, neçə ailəyə, neçə cana od düşürdü. Hər kəs öz-özünə bu sualı verdi, yenə müharibəmidir?.. 44 günlük Vətən Müharibəsi başlananda bütun Azərbaycan xalqı “işğala son” deyərək ayağa qalxdı, haqqın müdafiəsinə qoşuldu. İgid oğullarımız silaha sarılaraq, millətin şərəf və namusu naminə düşmən üzərinə yeridi, torpaqlarımızı 30 ilin işğalından azad etdi.
Qısa müddətdə Müzəffər ordumuzun, şanlı Azərbaycan əsgərinin rəşadəti sayəsində Zəfəri daddıq, Qələbəni yaşadıq, müharibənin acı dəhşətini gördük və bu da son.., bitdi dedik. Lakin, acılarımız dinməmiş, yaralarımız hələ qaysaqlanmamış, bu günlərdə yenə anaların, təzə-tər gəlinlərin, körpələrin susmayan fəryadını eşitdik, şahid olduq. Çox təəssüf… Bəli, təəssüf ki, bu acıdan belə yararlanmağa çalışanlar, fürsətçilər oldu. Düşməni bəlkə də anlamaq olar.., başa düşüləndir. Düşmənlərimiz hər zaman fəryadımızı zəifliyimiz kimi qələmə verməyə can atmış, beynəlxalq aləmdə kompaniyalar apararaq ölkəmizi gözdən salmaqla məşgul olmuşlar. Bəs, özünü azərbaycanlı sayıb bizi içdən vurmağa çalışanlara nə deməli… Onların adına belə Azərbaycan sözü haramdır. Çünki sapı özümüzdən olan belə namərdlər, hər zaman milli birliyimizi parçalamağa, zalımın dəyirmanına su tökməklə, şəxsi mənfəətləri üçün hər fürsətdən yararlanmağa çalışanlardır. Həmin xainlər ki, sentyabrın 12-si gecədən qəfil başlayan Ermənistanın silahlı təcavüzünü belə Azərbaycanın adına yazmağa çalışır, bütün diplomatik səyləri heçə sayıb sülhə qarşı addım atmamaqda dövlətimizi günahlandırırlar. Xalqımıza, millətimizə xəyanət edənlər unutmasınlar… Dərk etsinlər ki, Şəhidlərimiz canlarını heç də boşuna fəda etməmişlər. Onlar ölümləriylə belə ölümsüz tarix yazmışlar. İllər ötəcək, əsrlər keçəcək, ancaq Şəhidə ehtiram, Vətənə məhəbbət heç zaman unudulmayacaqş Çünki, Vətənə olan təmənnasız, uca sevgimiz, ən böyük şərəfimiz, ləyaqətli gələcəyimiz, özümüzdən sonrakı nəsillərə ötürdüyümüz ən böyük əmanətimizdir. Vətən doğma yurd, isti bir ocaqdır. Həmin ocağı doğmalaşdıran, isti tutan isə, vətən sevdasını, sevgisini hər şeydən üstün tutan igidlərimiz, onları dünyaya gətirən, yetişdirən mətin analar, dəyanətli atalar, layiqli övladlardır.
Düşmən tərəfindən törətdilən son genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərdi ki, ermənilər öz revanşist niyyətlərindən əl çəkmək istəmir, bir çox dövlətlərin maşası olmağa hələ də niyyətlidirlər. Artıq Ermənistan birmənalı şəkildə dünyada hərbi cinayətkar və terrorçu ölkə kimi tanınılmalıdır. 44 günlük müharibədən dərs çıxarmayan erməni dövləti xarici dövlətlərin marioneti olmaqdan qurtula bilmir. Azərbaycan dövləti isə bir daha sübut etdi ki, düşmən sülhə hansı yolla olursa-olsun, istər “Dəmir Yumruq”la belə, mütləq razılaşdırılacaqdır. Hər Şəhidimizə qarşılıq nə qədər leş qazanacaqdır, hər təxribatına qarşı əldə tutduğu ərazilərdən olacaqdır. Artıq cəbhədən şad xəbərlər alırıq. Əsgərimiz və hərbiçilərimizlə son dərəcə qürur duyuruq.
Dövlətimizin vuran qolu şanlı ordumuz kiçik əməliyyatlarla belə böyük strateji əhəmiyyətli əraziləri əldə etməyi bacarırlar. Ermənipərəst dövlətlərin dəstəyi ilə bəslənən Ermənistan, Azərbaycanın öz sülh missiyasını həyata keçirməkdən yayındıra bilməyəcəkdir. Buna heç zaman gücü yetməyəcəkdir.
Çünki, heç zaman tarixi olmamış ermənilərin tarix yazmağa nə hünərləri, nə də döyüşkən ruhları vardır. Azərbaycan, xalqımız və millətimiz hər zaman öz igid, mərd övladları ilə ucalır, qəhrəmanlıq dastanı yazan Şəhidlərindən, onların hünər yolundan güc alır, yaşayır, yaşadır. Azərbaycan tezliklə düşmənin anladığı dildə gərginliyi aradan qaldıracaq, regionda əbədi sülhü bərpa edəcəkdir. Dövlətimiz düşmənlərin min oyununa, min anti-sülh siyasətinə rəğmən, 2020-ci ildə imzalanan 3 tərəfli bəyanata əsasən doğma torpaqlarımıza ayaq açacaq, Naxçıvana uzanan tarixi ərazilərimzdən razılaşdırılmış yolu əldə edəcək, düz 102 ildən sonra da olsa bayrağımızı Zəngəzurda əzəmətlə dalğalandıracaqdır. Vətəninə, dövlətinə sadiq, millətin şərəfini hər zaman uca tutan oğullarımızla fəxr edirik. Müqəddəs amal uğrunda canlarını fəda etmiş bütün Şəhidlərimizin ruhu qarşısında baş əyirik, doğmalarına isə Allahdan səbir diləyirik.
Təki Vətən Yaşasın! Təki Vətən Var Olsun!
Nəzakət Quluqızı;
Neftçala rayon sakini, ictimai fəal, yazar


