Rəhim Ələddin oğlu Sultanov Caspian Energy Kazakhstan-ın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Bu barədə BAKU.NEWS-a Caspian Energy Club-ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
“Azərbaycan Ticarət Evi” MMC-nin təsisçisi kimi aktiv fəaliyyətinə və Qazaxıstanın dövlət və özəl sektoru ilə geniş əlaqələrinə əsaslanaraq, Rəhim Sultanovun namizədliyini Caspian Energy Kazakhstan-ın İdarə Heyətinin sədri vəzifəsinə təqdim etməkdən məmnunuq”, – deyə Telman Əliyev bildirib.
Telman Əliyevin sözlərinə görə, Caspian Energy Kazakhstan-ın İdarə Heyətinin yeni sədri Rəhim Sultanov Qazaxıstan ərazisində Caspian Energy Club-ın maraqlarını təmsil edəcək və eyni zamanda layihələrini idarə edəcək.
Rəhim Sultanov ona göstərilən yüksək etimada görə Caspian Energy Club-ın Ali Rəhbərliyinə minnətdarlığını bildirib və qeyd edib ki Qazaxıstanda fəaliyyət göstərmək istəyən sahibkarlara, eləcə də Azərbaycan və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrin bazarına çıxmaq istəyən Qazaxıstan şirkətlərinə istənilən yardımı göstərməyə hazırdır və bundan məmnun olacaq. “Mən həmçinin Azərbaycan və Qazaxıstan sahibkarları arasında networking-in daha da genişləndirilməsində, eləcə də iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafında fəal iştirak etməyi planlaşdırıram”, – deyə Rəhim Sultanov əlavə edib.


