“Referans Medical Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Kurort” Qapalı Səhmdar Cəmiyyəti arasında birgə əməkdaşlığa dair Çərçivə Sazişi imzalanıb.
Bu sazişin əsas məqsədi tibbi xidmətlərin keyfiyyətinin artırılması, sağlamlıq və reabilitasiya sahəsində müasir standartların tətbiqi, həmçinin sanator-kurort istiqamətində birgə layihələrin həyata keçirilməsi üçün tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsidir.
Əməkdaşlığın əsas istiqamətlərindən biri “Kurort” müəssisələrində tibbi xidmətlərin “Referans Medical Group”un keyfiyyət standartlarına uyğunlaşdırılması və bu sahədə peşəkar yanaşmanın gücləndirilməsidir. Bu addım sanator-kurort xidmətlərinin səviyyəsinin yüksəldilməsinə, pasiyentlərin sağlamlıq bərpasının daha effektiv təşkilinə və ümumilikdə, xidmət keyfiyyətinin yeni mərhələyə çatdırılmasına xidmət edəcək.
İmzalanan çərçivə sazişi tərəflər arasında uzunmüddətli və səmərəli əməkdaşlığın əsasını qoymaqla, əhalinin sağlamlığının qorunması, tibbi və sanator xidmətlərin əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.


