Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Redaksiya APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Rasim Həsənovun ittiham olunduğu maddələr 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəyə tövsif olunub.
Ona 5 min manat cərimə cəzası tətbiq olunub və məhkəmə zalından azadlığa buraxılıb.
Məlumata görə, ibtidai istintaqla Rasim Həsənovun 2021-2025-ci illərdə sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rasim Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
TREND
- Bakı qazak kuresi üzrə XII Dünya Çempionatına ev sahibliyi edəcək
- 10 ilin hekayəsi: 20 min könüllü ilə Formula 1 Azərbaycan Qran-prisi
- Bakıda Ahıska türklərinin sürgün tarixi sərgilənəcək
- “Qala Sığorta”nın əsas sığorta biznesində kəskin eniş – mənfəəti 2 dəfə azaldı
- İmran Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş “Biblioqrafik göstərici” nəşr edilib
- Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı
- Şəbnəm Əliyevaya “Paşa Sığorta”da vəzifə verildi
- Sabaha olan hava proqnozu açıqlanıb


