Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin məhkəmə istintaqı yekunlaşmaq üzrədir.
Bugünkü prosesdə şahidlərin dindirilməsi başa çatıb.
Bu gün məhkəmədə Prezident Adminstrasiyasının sabiq rəhbəri, şərti məhkum Ramiz Mehdiyev videokonfrans vasitəsilə ifadə verib. O, evindən qoşulduğu prosesdə Əli Kərimli ilə bağlı sualları cavablandırıb.
Ondan sonra isə son olaraq Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva hakim qarşısında dindirilib.
Bununla da bütün şahidlərin dindirilməsi başa çatıb. Dekabrın 1-də iş materiallarının tədqiqi başlayacaq.
Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhllükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Ramiz Mehdiyevə isə artıq hökm oxunub. O, 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, yaşı və xəstəliyi ilə bağlı cəzası şərti hesab olunub. (Qafqazinfo)
TREND
- Sumqayıt Şəhər İcra Hakimiyyəti 396 min manatlıq zibil konteyneri alır
- Bakıda toyda telefonları oğurlayan şəxs saxlanılıb
- “Azinvest” ətrafında milyonluq qalmaqal: – Borclar bir şirkətdə, aktivlər və yüz milyonluq dövriyyələr başqa şirkətlərdə?
- Bu şəxslər Bakıda 50 ilə ev ala bilər
- Payızın qızılı rənglərindən qışın ağ örtüyünə – Türkiyəni qatarla kəşf edin
- “Dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk”
- Prezidentdən Əhməd Vəliyevlə bağlı – Sərəncam
- İlham Əliyev Əli Əsədova “Şərəf” ordeni verdi


