BMT-nin Baş katibi Antonio Quterreş Boliviyanın eks-prezidenti Janin Anyesin saxlanılması kontekstində şəffaf məhkəmə icraatının zəruriliyini qeyd edib.
Bu barədə BAKU.NEWS TASS-a istinadən xəbər verir.
“Boliviyada keçmiş dövlət məmurları və hakimiyyətə qarşı son hüquqi hərəkətlərlə əlaqədar Baş katib lazımi hüquqi prosedurların zəmanətlərinin qorunması və bütün məhkəmə icraatlarının tam şəffaflığının zəruriliyini xatırladır”, – məlumatda deyilir.
Daha əvvəl Boliviyanın keçmiş Prezidenti Janin Anyes terrorizm, dövlət xəyanəti və cinayət sövdələşməsi ittihamı ilə saxlanılmışdı.


