Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyə Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə bu ölkəyə yola düşüb.
Bu barədə BAKU.NEWS-a Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, general Ə.Əfəndiyev İstanbulda keçirilən “Avrasiya sülhü – 2021” təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.


