119 saylı Ağdam kənd seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Qüdrət Nuriyevin namizədliyi üçün imza toplama kampaniyası başa çatıb.
Azərbaycan Alpaqut Federasiyasının prezidenti, iş adamı Qüdrət Nuriyevin seçki qərargahından verilən məlumata görə, Ağdam kənd 119 saylı seçki dairəsinin ərazisində 4 gün əvvəl başlamış imza toplama kampaniyası dünən başa çatıb.
Ağdam rayonunun cəbhə kəndləri daxil olmaqla 11 kənd və qəsəbənin seçiciləri arasında tələb olunan 450 imza əvəzinə 500 imza toplanıb. İmza vərəqələri tələb olunan digər sənədlərlə birlikdə bu gün dairə seçki komissiyasına təqdim edilib.
Qanunvericiliyin tələbinə uyğun olaraq 7 gün müddətində rəsmi qeydiyyat məsələsinə baxılacaq.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 9 fevral 2020-ci ildə keçiriləcək. Rəsmi təbliğat və təşviqat kampaniyası yanvarın 17- dən başlayacaq.



