İyunun 21-i gecə saatlarında dağlardan qopan böyük qaya parçalarının Quba-Xınalıq yolunun hərəkət hissəsinə düşməsi nəticəsində yol müvəqqəti bağlanıb.
BAKU.NEWS xəbər verir ki, hadisə yolun 52-ci kilometrliyində qeydə alınıb. Gecə saatlarında yolda qalan vətəndaşlar qaya parçalarının bir hissəsini yoldan təmizləyərək hərəkətə davam ediblər.
Hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun əməkdaşları və xüsusi texnikası cəlb edilərək, yol qaya parçalarından tamamilə təmizlənib.


