Əfsanəvi yamaykalı atlet Useyn Boltun mayın 19-da ata olması barədə gündəm olmuşdu.
BAKU.NEWS xəbər verir ki, Bolt ilk dəfə idi ki, ata olurdu və ötən gün o qızının fotosunu ilk dəfə paylaşaraq ona “Olimpiya” adını qoyduğunu bildirib.
Bildirilir ki, əfsanəvi atlet qızının şəklini onun anasının doğum günündə paylaşıb. İyulun 7-də Kazi Benettinin 30 yaşı tamam olub. Bolt qızının şəklini “instaqram”da paylaşıb və belə yazıb: “Olimpiya Laytninq Bolt”.


