İstanbulda Bosfor boğazında neft tankerinin qəzaya uğraması səbəbindən gəmilərin hərəkəti dayanıb.
Bu barədə BAKU.NEWS TASS-a istinadən xəbər verir.
Qəzaya səbəb Xorvatiya bayrağı altında hərəkət edən “RAVA” tankerinin mühərrikinin qırılması olub.
Tankerin uzunluğu 249 metr təşkil edir. İnsident Bosforda hər iki tərəfdən hərəkəti bağlayıb.
“Vessel finder” portalının məlumatına görə, tanker Novorossiysk – Kartagena marşrutu üzrə hərəkət edirmiş.



