Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi Türk Akademisyenler Birliyinin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konqresdə iştirak edəcək.
“Ganira Paşayeva və Türk Dünyası: Ədəbiyyat, Mədəniyyət, Siyasət və Birlik İdealı” mövzusunda beynəlxalq konqres 27–28 sentyabr 2026-cı il tarixlərində keçiriləcək.
Təşkilatdan verilən məlumata görə, konqres Qənirə Paşayevanın Türk dünyasının ədəbi, mədəni və siyasi əlaqələrinin inkişafında göstərdiyi fəaliyyətə, onun Türk dünyasının birliyi ideyasına verdiyi töhfələrə həsr olunacaq.
Beynəlxalq tədbirdə Türk dünyasının müxtəlif ölkələrindən alimlərin, akademiklərin, tədqiqatçıların və ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd edək ki, Qənirə Paşayeva Türk dünyasının birliyi və Azərbaycan-Türk dünyası əlaqələrinin inkişafı istiqamətində fəaliyyəti ilə tanınıb. (Modern)
TREND
- “Ceyhun Sabunçu”nu qətlə yetirənlər həbs edildi
- “Grandmart” müştərini aldatdı – Dövlət Agentliyi CƏRİMƏLƏDİ
- Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı – DTX-dən ƏMƏLİYYAT!
- Prezident dünya çempionatının və festivalının açılış mərasimini izləyir
- Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər?
- “Abu Hava Green Tone” restoranında baş verən dava ilə bağlı YENİ DETALLAR
- Bakıda deputatın oğlu adam ÖLDÜRDÜ – DƏHŞƏTLİ VİDEO
- Xəzərdə kütləvi balıq tələfatı baş verib


