Bu gün Topaz Premyer Liqada 17-ci tura yekun vurulub.
Baku.News-ın məlumtına görə, günün ilk oyununda “Səbail” “Sabah”ı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.
Tura mərkəzi oyunla yekun vurulub. “Qarabağ” “Tofiq Bəhramov”da “Qəbələ”ni qəbul edib. Ağdam klubu lider “Neftçi”nin büdrəməsindən maksimum yararlanıb. Qurban Qurbanovun komandası 2:1 hesablı qələbə qazanaraq “ağ-qaralar”la xal fərqini minimuma endirib.
Topaz Premyer Liqa, 17-ci tur
17 fevral (bazar)
17:30. “Qarabağ” – “Qəbələ” – 2:1
Qol: Riçard Almeyda, 4-pen. (1:0), Cavid Hüseynov, 29-pen. (1:1), Filip Ozobiç, 30 (2:1)
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu
15:00. “Səbail” – “Sabah” – 1:0
Qol: A. Ramazanov, 64
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Əli Cəbrayılov, Kamal Umudlu
“Bayıl Arena”
16 fevral (şənbə)
“Zirə” – “Neftçi” – 0:0
“Keşlə” – “Sumqayıt” – 2:1


